Qətərdə keçiriləcək dünya çempionatının startına 1 aydan bir qədər artıq müddət qalıb.
Football-plus.az xəbər verir ki, noyabrın 20-si start götürəcək turnirin favoritləri açıqlanıb. Turnirin əsas favoriti Braziliyadı. 20 illik həsrətə son qoymaq istəyən ''pentakampeonlar''ın çempionluq əmsalı 4,40 olaraq açıqlanıb. İkinci əsas favorit Fransadı. Son dünya çempionunun titulu qorumasına 6,00 əmsal verilib.
Üçünü pillədəki Leo Messili Argentinanın çempionluq əmsalı isə 6,80-di. Digər pillələrdə uyğun olaraq İngiltərə (7,00), İspaniya (7,80), Almaniya (9,40), Niderland (11,00), Portuqaliya (11,00) və Belçika (13,00) qərarlaşıb.