• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Günahkar “Qarabağ”dı, günahkar Qurbanovdu, günahkar mənəm - KÖŞƏ

Manşet / Yazarlar / Çempionlar Liqası

3-08-2023, 20:0

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ümumi nəticədə “Rakuv”a 3:4 uduzaraq mübarizəni dayandırdı.

Normal prosesdi. Amma futbol ictimaiyyətinin bəzi nümayəndələri, azarkeşlər elə ab-hava yaradıb ki, sanki həqiqətən qiyamət qopub. Bu futboldu, hər cür nəticə qeydə alına bilər. Bəs niyə əsl Qarabağı əldən vermişik kimi bir durum formalaşdırılır? Səbəbi həm bəllidi, həm də naməlum.

Mən bilinən tərəfləri diqqətinizə çatdırmağa çalışacam. Burda tək günahkar var: “Qarabağ”. Çünki Ağdam təmsilçisi ardıcıl 9 dəfə avrokubokların qrupuna düşməklə futbol ictimaiyyətində elə fikir formalaşdırıb ki, artıq insanlar komandanın daim uğur qazanmasını tələb edir. Elə bil Azərbaycanda idmanın bu növündə heç bir problem yoxdu, çempionatımızın 14-16 komanda mübarizə aparır, 5-6-sı həmişə çempionluğa can atır, hər klubumuzun azı 15-20 milyon manatlıq büdcəsi var, Avropanın ortabab futbolçuları bura gəlməkdən ötrü sinov gedir. Ay qardaş, bu ölkədə komandaların premyer-liqada və 1-ci liqada mübarizə aparması üçün stadionu yoxdu. “Kəpəz” qəzalı Gəncə stadionda oynayır. Naxçıvanın premyer-liqada klubu olsa da, stadion hələ 6-7 ay sonra normal vəziyyətə çatdırılacaq. Ölkə futbolu elə günə salınıb ki, məhlədə, çayxanada bu idman növündən danışmağa adamın dili gəlmir. İndi “Qarabağ” belə vəziyyətdə ardıcıl 9 il avrokukobların qrupunda mübarizə apara bilirsə, şükür etməliyik. Həm də hələ heç nə bitməyib. Ola bilər ki, “Qarabağ” Avropa Liqasının və ya Konfrans Liqasının qrupuna düşə. Bəlkə burda uğurlar qazanaraq 1/8, 1/4 finala və ya daha irəli getdi. Nə olub axı, niyə vay-şüvən salırsız?

Bəs bu səs-küyün səbəbkarı kimdi? Təbii ki, “Qarabağ”. Nəyinə lazımdı hər il ictimaiyyətə hesabat təqdim edəndə orda xalisin müsbət olması? Al doldur komandanı əcnəbilərlə, camaat da sakitləşsin. Qurban Qurbanov, nəyinə lazımdı 19 yaşlı Nəriman Axundzadəni Çempionlar Liqasının 4 oyununda meydana buraxmaq? Sənə qalıb Azərbaycan futbolunun gələcəyini düşünmək? Elvin, Tural, Bəhlul, Nəriman kimi oyunçular inkişaf edəcək deyə Məmməd dayı Polşa, Çexiya kimi Avropa, dünya çempionatlarında müntəzəm çıxış edən ölkələrin vətəndaşlarının yanında gözükölgəli olmalıdı? Milyonluq ulduzları yığ gətir də “Qarabağ”a. Kimdi e səni qınayan ki, o pullar hara gedir? Onsuz da lazımsız futbolçulara pul xərcləmədiyinizə görə sizdən avrokuboklardan qazandığınız halal pulun hesabatını istəyən şəxs və ya şəxslər var.

Bura qədər yazdıqlarım lağlağı idi. Ciddiləşək! Dünən mətbuat konfransında başverənlərdən sonra futbol ictimaiyyəti daha da aqressivləşib. İndi bir çoxları Qurban Qurbanovun, “Qarabağ” rəhbərliyinin tərəfindədi. Əksəriyyət isə onların əleyhinədi. Bunun günahkarı kimdi? Əlbəttə, Qurban Qurbanov. Mətbuat konfransı baş məşqçinin görüş haqda fikirləri ilə başladı. Daha sonra Qurban Qurbanova çox sadə sual verildi: “Əvəzetmələrinizi anlamadım. Cəfərquliyevlə Cica daha yaxşı uyğunlaşmışdı oyuna. Onları niyə dəyişdiz?” “Qarabağ” kimi klubun baş məşqçisi bu suala qısa cavab verə bilərdi ki, Elvində yorğunluq hiss olunurdu, Cica da öndə tam basqı yarada bilmirdi. Axı niyə jurnalistə “başa düşmədizsə, sizi başa sala bilməyəcəm” deyirsiz? Düşünmədiz ki, jurnalistlər də siz Şahruddini müdafiə etdiyiniz kimi həmkarlarını qoruyacaq və günahı sizdə axtaracaq? Əslində mən sizin nə etdiyinizi başa düşdüm. 3-lü müdafiəyə keçəək ingilislər demişkən, “all attack”, yəni “bütün komanda ilə hücuma” sistemini tətbiq etdiz. Amma bunu düzgün etmədiyinizi də sizə izah edə bilərəm. Mən əminəm ki, siz nə demək istədiyimi başa düşəcəksiz. Əslində bir əvəzetməniz səhv idi. Meydandan Elvini yox, Bəhlulu və ya Medinanı çıxarmalıydız. Çünki 3-lü müdafiədə sol və sağ cinah müdafiəçiləri sürətli əks-hücumların qarşısını alan zaman daha faydalı iş görür. Bundan əlavə, onların hücum qurmaq potensialları yaxşı olur. Bunu ki, siz hamıdan çox bilirsiz. Bədavi sağ cinah müdafiəçisi kimi oyunda fayda verə bilmədi. Amma Toral burda normal asmalar edirdi, Elvin isə oyun ərzində “Rakuv” müdafiəçilərinin baş bəlasına çevrilmişdi. Meydandan Cicanı yox, Zubiri çıxarmalıydız. Fransalı çox yorulmuşdu və onu polşalılar tam bağlamışdı. Həm də Keyta, Juninyo və Diakabi meydana çıxandan sonra “Qarabağ”ın sol cinahında 3 futbolçu yer almışdı. Bəli, başa düşürəm ki, əslində Keytanı vinger, Zubiri pleymeyker kimi oynatmağı düşünürdüz. Amma oyunçular bunu tətbiq edə bilmədilər. Buna görə biz kimi qınamalıyıq? Təbii ki, baş məşqçini. İndi sizdən bunu sadə dildə izah edilməsini istəyəndə niyə əsəbləşirsiz?

Konfransda növbəti suallar da o qədər qəliz deyildi. Həmkarlarımız heç bir təhqiramiz ifadə işlətmədilər. Ola bilər ki, milyonlardan bəhs edilən sualın mahiyyəti bir az başqa cür yozuldu və ya anlaşıldı. Amma buna əsəbləşib, özünüzü, camiənizi isbat edən fikirlər səsləndirməyə nə gərək var idi? Sadə şəkildə “rəhbərlik həmişə arxamızdadı və bu il qismətimiz bura qədərmiş” deyib sualdan yayına bilərdiz. Məsələnin bu qədər qəlizləşməsinə də səbəbkar olduz.

Gələk əsas məsələyə. Bir çox həmkarım deyir ki, Qurban Qurbanovu tənqid etməyə haqqımız yoxdu. Niyə, a kişi? Bəs, niyə jurnalist kimi fəalliyyət göstərirəm? Ümumiyyətlə, bəzi jurnalistlər peşələrinin əsl mahiyyətinin nə olduğunu bilirlər? Bəziləri də qeyd edir ki, Qurban Qurbanov qınamağa və tənqid etməyə əlimizdə fakt yoxdu. Mən belə düşünmürəm. Dünən elə şəxsən mənim mətbuat konfransında Qurban Qurbanova verdiyim sualda azı 3 fakt var idi. Özü də cavab verərkən təsdiqlədi ki, tənqidimdə haqlıyam.

Nə deyim, vallah! Başverənlərdən belə başa düşdüm ki, “Qarabağ”ın uğursuzluqlarının əsas səbəbkarı “köhlən atlar”ı qınayanlardı. Problem yoxdu. Günahkarı çox axtarmayın! Günahkar mənəm ki, bu komandaya, Qurban Qurbanova güvənirdim, “Rakuv”u rahat keçəcəyini düşünürdüm. Nə biləydim ki, Şahruddin ilk görüşdə sözün əsl mənasında oyun çıxaracaq. Qurban Qurbanov da onun səhvlərinə görə başqalarına əsəbləşəcək!

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

AÇ

26-03-2023, 13:0

Ermənilər Türkiyəyə məğlubiyyətə görə ukraynalını günahlandırır

Dünya futbolu

1-11-2022, 11:0

Məğlubiyyətə görə özünü günahkar sayır

Manşet / Çempionlar Liqası

20-06-2023, 14:0

“Qarabağ” 5 potensial rəqibin hər birindən güclüdü - TƏHLİL

Dünya futbolu / Manşet

3-08-2023, 17:0

Qoymayın, üstümüzə HİK gəlir!

Premyer-liqa / Manşet

12-12-2022, 11:0

Mahir Şükürovdan qamqallı açıqlamalar: "Neftçi"ni bu günə salan veteranlarıdı"

Aktual
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Son xəbərlər
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Dünən, 17:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
  • Dünən, 16:27
    Ayxan Hüseynov "Zirə"də
  • Dünən, 15:56
    "Xankəndi" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:32
    UFC həyəcanı Dənizkənarı Bulvarda: açıq məşq və fan-zona təşkil olunacaq
  • Dünən, 15:13
    Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi oldu
  • Dünən, 14:59
    Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
  • Dünən, 14:38
    "Real"ın yetirməsi "Araz-Naxçıvan"da
  • Dünən, 14:17
    "Turan Tovuz" Ayxan Hüseynovla vidalaşdı
  • Dünən, 13:56
    “Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
  • Dünən, 13:25
    Messi DÇ tarixinin ən məhsuldar oyunçusudu!
  • Dünən, 12:54
    Mikels mövsümün ən yaxşı oyunçusudu!
  • Dünən, 12:22
    “Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
  • Dünən, 11:51
    Daha nə istəyirik?! - KÖŞƏ
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 228
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 205
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 200
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə