Ermənilər Türkiyəyə məğlubiyyətə görə ukraynalını günahlandırır

26.03.2023 13:34 1 327
AÇ-2024-ün seçmə mərhələsinə start verilib.

"Football-plus.az" saytının məlumatına görə, dünən İrəvanda Ermənistan və Türkiyə milliləri qarşılaşıb. Görüş qardaş ölkə təmsilçisinin qələbəsiylə bitib - 2:1.

Məğlubiyyəti həzm edə bilməyən erməni jurnalistlər günahkar axtarışına çıxıb. Yığmanın ukraynalı baş məşqçisi Aleksandr Petrakov da məsuliyyəti üzərinə götürüb:

"Məni günahlandırmaq istəyirsiz? Günahlandırın, amma futbolçular güclərini meydanda tam qoydular.

Taktiki səhvlər oldu. Ümumilikdə isə komandanın oyunundan razıyam. Uduzmuşuqsa, əsas günahkar mənəm".