“Liverpul”un evdə “Lids”ə məğlubiyyəti (1:2) bir qədər gözlənilməz oldu.
Football-plus.az xəbər verir ki, mersisaydlılar son dəqiqədə buraxılan qolla öz meydanında 29 oyundan sonra uduzdular. Komandanın braziliyalı qapıçısı Alisson Beker məğlubiyyətə görə özünü günahkar sayır:
“Nəyi düzgün etmədiyimiz haqda yaxşıca düşünməliyik. Hər iki qolu buraxmaya bilərdik. İkinci qol epizodunda komandanı xilas etməliydim. Hücumda bir çox imkanlarımız oldu. Nəticə hamımızı çox məyus edir. Bura premyer-liqadı. Bu liqada heç kimə rahat nəfəs almaq imkanı verilmir. Bundan sonra hər bir oyunda müsbət nəticə üçün çarpışmalıyıq”.