"Kəpəz"də ayrılıq baş verib.
"Football-plus.az" xəbər verir ki, Bəxtiyar Həsənalızadə komandanı tərk edib. Millinin üzvü ilə "Kəpəz" arasında bağlanan müqavilədə ölkə xaricindən təklif gələcəyi halda sərbəst qalacağı barədə bənd yer aldığından anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını Türkiyədə davam etdirəcək. Lakin klubun adı açıqlanmayıb.