"Kəpəz"də ayrılıq

29.12.2022 17:54 370
Premyer-liqa
"Kəpəz"i tərk edən ilk oyunçunun adına aydınlıq gəlib.

Football-plus.az xəbər verir ki, Gəncə təmsilçisi müdafiəçi Peyman Keşavarzini yola salıb. Məlumatı klubun mətbuat xidməti yayıb. İranlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Müdafiəçi keçən yay "sarı-göylər" ilə 1 illik müqavilə imzalamışdı.