"Sumqayıt"dan ayrılan futbolçu "Kəpəz"də

20.07.2022 11:17 492
Ölkə futbolu
“Sumqayıt” futbolçusu Yusif Nəbiyevlə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nəbiyev “Kəpəz”lə razılaşıb. O, yaxın zamanda Gəncə klubu ilə müqavilə imzalayacaq.