"Kəpəz" baş məşqçisiz qaldı

29.08.2022 11:12 424
Premyer-liqa
"Kəpəz" rəhbərliyi əsas komandanın baş məşqçisi Yaşar Vahabzadə ilə görüşüb.

Football-plus.az xəbər verir ki, görüşdə "sarı-göylər"in nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilər ilə müqaviləyə xitam verilib.

Komanda ilə yolları ayrılan mütəxəssislərə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.