“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxıb.
"Football-plus.az" xəbər verir ki, ağdamlılar “Rakuv”a məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
Qarabağ - Rakuv (Polşa) 1:1
Redon Cica, 60 - Fran Tüdor, 52
"Qarabağ": 1, Şahruddin Məhəmmədəliyev (k), 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. ABdulla Zubir, 19. Redon Cica
Baş məşqçi: Qurban QUrbanov
"Rakuv": 1. Vladan Kovaçeviç, 4. Staros Svarnas, 24. Zoran Arseniç (k), 25. Boqdan Rakovitan, 20. Jan Karlos, 5. Qustan Berggren, 66. Ciannis Papanikolau, 7. Fran Tüdor, 11. Con Yeboa, 9. Lukaş Zvolinski, 77. Marçin Çeluba
Baş məşqçi: David Şvarqa
Hakimlər: SVEN YABLONSKİ, Lass Koslovski, Eduard Beytinqer, Tobiyas Reyçel (hamısı Almaniya).
VAR hakimi: Harm Osmers (Almaniya).
VAR hakiminin köməkçisi: Mark Borş (Almaniya).
Hakim-inspektor: Run Pedersen (Norveç).
UEFA nümayəndəsi: Feliks Qriqor (Rumıniya).
2 avqust. Bakı Olimpiya Stadionu. Saat 20.00
İlk oyun – 2:3.
“Qarabağ” Polşada fərdi səhvlər üzündən “Rakuv”a məğlub oldu. Lakin bu görüşün favoriti ağdamlılardı. Çox güman, Qurban Qurbanov rəqibi təhlil edərək zəif nöqtələrini öyrənib. Təcrübəli mütəxəssis səhvlərdən yararlanan polşalılardan qisas almaq istəyəcək. Düşünmək olar ki, o, ilk görüşdəki heyəti meydana buraxacaq. Yəni qapıda Şahruddin Məhəmmədəliyev, müdafiənin solunda Elvin Cəfərquliyev, mərkəzdə Bəhlul Mustafazadə və Kevin Medina, sağda Toral Bayramov yer alacaq. Julio Romao dayaq yarımmüdafiəçisi olacaq. Marko Yankoviç yarımmüdafiədə oyun quracaq. Abdulla Zubir sol, Leandro Andrade sağ vinger kimi çıxış edəcək. Yassin Benzya pleymeykerlik edəcəksə, hücumda Redon Cica yer alacaq.
Oyundan öncə “Rakuv”u narahat edən məqamlar var. Ölkəmizdə havaların isti keçməsi rəqibi düşündürür. Polşalılar heç də asan olmayacaq səfərə oyuna 2 gün qalmış çıxmağı məqsədəuyğun sayıblar ki, Bakıdakı iqlimə daha tez uyğunlaşsınlar. "Rakuv"u narahat edən digər məqam isə statistika ilə bağlıdı. Belə ki, "Qarabağ"ın ötən mövsüm avrokuboklarda heç bir ev matçında uduzmaması Polşa mətbuatında xüsusi vurğulanıb. Lakin eyni zamanda o da qeyd olunub ki, təmsilçimiz yenə öz meydanında yenilməsə, bu, çempionlarının qarşısına sədd çəkməyəcək. Axı unutmayaq ki, polşalılar evdə qələbə qazanıb və bu üzdən çərşənbə günü Bakıda istənilən hesablı bərabərlik onları 3-cü təsnifat mərhələsinə çıxaracaq.