• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Karlos Alkaras dünya tennisinin yeni ulduzudu!

İdman

21-07-2023, 21:0

Karlos Alkaras “Uimbldon” turnirində ilk qələbəsini ot örtüklərin kralı Novak Cokoviç üzərində qazandı.

"Football-plus.az" xəbər verir ki, əlbəttə, 20 yaşlı ispaniyalı finaldakı oyunu və psixoloji dözümü ilə - özü də öyrəşmədiyi örtükdə! - ən xoş sözlərə layiqdi. Və heç şübhəsiz, gələcəkdə dahilər sırasına düşməklə bağlı ortaya ciddi bir iddia qoydu. Ancaq Alkaras bundan artığını qazanmağa nə dərəcədə qadirdi? Onu elə indidən cəsarətlə yeni Novak Cokoviç və ya Rafael Nadal adlandırmaq olarmı? Əvvəlki nəsillərin dahi tennisçilərinin rekordlarını yeniləmək şansı necədi?

Mental hazırlıq
Cokoviçin döyüşçü xarakteri haqda artıq çox danışılıb. Novak “Böyük dəbilqə” finallarında həmişə inadla çalışıb, iş 5-ci partiyaya qədər uzanananda da, demək olar ki, uduzmayıb. Builki “Uimbldon” turnirinə qədər yeganə istisna 2012-ci ildə keçirilən “Us Open”in finalında britaniyalı Endi Marreydən aldığı məğlubiyyət idi. Amma serb 5 partiya davam edən görüşlərdə həm Nadal, həm isveçrəli Rocer Federer, həm də daha gənc nəslin təmsilçiləri – avstriyalı Dominik Tim və yunan Stefanos Sisipas ilə hesablaşıb. Alkarası məğlub etmək mümkün olmadı – ispaniyalı göstərdi ki, mental baxımdan hədsiz yüksək gərginliyin öhdəsindən gəlməyə, təcrübəli rəqiblə bərabər səviyyədə oynamağa, hətta onu məğlub etməyə qadirdi. Bəli, Cokoviç “Böyük dəbilqə”nin finalında hətta rusiyalı Daniil Medvedevə də uduzub. Ancaq həmin vaxt – 2021-ci ildə keçirilən ABŞ Açıq Çempionatında psixoloji gərginlik vardı – bir təqvim ilində “Böyük dəbilqə” turnirlərinin dördündə də qalib gəlmək perspektivi onu “yandırdı”. Bu dəfə isə Cokoviç həqiqətən səviyyəli oyun göstərdi. Onu məğlub etmək istəyən ortaya maksimum güc qoymalıydı. Və Alkaras bunu bacardı, baxmayaraq ki, bu yaya qədər ot örtüklü turnirlərdə ciddi heç nə qazanmamışdı. Maraqlıdı ki, elə son “Uimbldon”un gedişində, hələ finala xeyli qalmış çoxları ispaniyalını Cokoviçlə müqayisə etməyə başlamışdı. Əlbəttə, texnikada və bəzi başqa aspektlərdə olan fərq adi mütəxəssislərin də gözünə görünür. Bununla belə, xeyli oxşarlıq da var. Məsələn, italiyalı Matteo Berrettini qeyri-adi dərəcədə iti reaksiyanı və müdafiədə möhtəşəm oyunu qeyd edir: “Karlos refleksləri və reaksiyası ilə mənə bir qədər Novakı xatırladır. Mən topu oyuna daxil edərkən bunu hiss etdim”. Karlosa yarımfinalda uduzan Medvedev isə belə dedi: “Mən Alkarası “böyük üçlük” (Cokoviç, Federer, Nadal – red.) ilə müqayisə edərdim. O, həmin “üçlüy”ə oxşayır”.

Gələcəyi sağlıq durumundan asılıdı
Bütün bunlar azmış kimi, hətta Novak da finaldan əvvəl Alkarası özü ilə müqayisə etdi: “Düşünmürəm ki, çoxları onun ot üzərində belə uğurlu olacağını gözləyirdi. Çünki onun oyunu hər şeydən əvvəl qrunt və ləng hard örtüyünə uyğun gəlir. Ancaq Karlos parlaq şəkildə uyğunlaşdı. Bütün karyeram boyunca ən güclü tərəflərimdən biri bu olub ki, qarşıya qoyulan vəzifələrdən asılı olaraq, daim inkişaf edə, uyğunlaşa və oyunuma düzəliş edə bilmişəm. Karlos isə bunu karyerasının lap əvvəlində bacarır”.

Həqiqətən də, Alkaras uyğunlaşmağı bacardığını sübut etdi. O, “Rolan Qarros”un yarımfinalında Cokoviçə uduzdu, daha doğrusu, təcrübəli rəqibin təklif etdiyi fiziki cəhətdən ağır oyun üslubuna dözmədi. Ancaq “Uimbldon”un finalında nəinki özü çox hərəkət etdi, həm də Cokoviçi hədsiz çox qaçmağa məcbur etməklə yordu. İspaniyalı səhvləri üzərində ağılla çalışmışdı. Və indi yeni çağırışlara hazırdı. 20 yaşında artıq iki “Böyük dəbilqə” titulu var (birincini ötənilki “US Open”də - Cokoviçin yoxluğunda qazanıb). Bu ruhda davam etsə, 30 yaşına qədər onlarla titul qazana bilər. İndi o, gənc nəslin aşkar lideridi. Baxmayaraq ki, danimarkalı Holger Rune və italiyalı Yannik Sinner də var. Artıq hər şey Karlosun özündən asılıdı. İspaniyalı ideal formada olanda elə indi “böyük üçlük” səviyyəsində oynamağa qadirdi. Digər tərəfdən, onun tennis üslubu o qədər güc tələb edir ki, daimi zədələrdə gözlənilməz heç nə yoxdu. Bu üzdən Alkarasın dahiliyə gedən yolda əsas rəqibi Cokoviç və ya bir başqası yox, özünün sağlıq durumu olacaq. Karlos məşq və oyun intensivliyini aşağı salmadan ciddi zədələrdən qaça bilərsə, onda biz indi həqiqətən tennis əfsanəsinin ilk addımlarını izləyirik.

Cokoviçin fikri
Son bir ildə hamı danışır ki, Karlos oyununun müxtəlif elementlərini Rocerdən, Rafadan və məndən götürüb. Razılaşıram. Faktiki üçümüzdən də yaxşı hər şeyi götürüb. 20 yaşında psixoloji cəhətdən dözümlü və yetkin oyunçudu. Düzünə qalsa, indiyə qədər onun kimi tennisçiyə qarşı oynamamışdım. Rocerlə Rafanın özünəməxsus güclü və zəif tərəfləri var, Karlos isə mükəmməl oyunçudu. Möhtəşəm uyğunlaşma bacarığı tennis uzunömürlülüyünün və bütün örtüklərdə uğurlu karyeranın açarıdı.

Yeri gəlmişkən...
Cokoviç final görüşünün gedişində raketkanı tora vurub qırdığına görə 8 min dollar cərimələnib. Ümumingiltərə tennis klubu təsdiq edib ki, 36 yaşlı idmançı məhz “raketka ilə sərt davranış” üzündən cəriməyə məruz qalıb. O da maraqlıdı ki, Cokoviç qırıq raketkanı oyundan sonra tribunadakı azarkeşə bağışlayıb.

Paylaş:
Digər xəbərlər

İdman

15-07-2023, 11:0

Cokoviç: “O da acdı, mən də...”

İdman

29-04-2022, 18:0

Cokoviç Rublevə uduzsa da, liderdi

İdman

22-12-2022, 18:0

Nadal 900 (!) həftədi ilk “10-luq”dadı - SİYAHI

İdman

23-06-2023, 15:0

“Cokoviçi yalnız mən dayandıra bilərəm” - Kiryosdan iddialı açıqlama

İdman

12-07-2023, 22:0

Cokoviç 46-cı dəfə “Böyük dəbilqə”nin yarımfinalında!

İdman

6-07-2023, 10:0

Cokoviç 350-yə çatdı

Aktual
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
Son xəbərlər
  • Bu gün, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Bu gün, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Bu gün, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Bu gün, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Bu gün, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Bu gün, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 156
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 107
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə