“Yuventus”dan azad agent kimi ayrılan Xuan Kuadrado yeni mövsümə də İtaliyada başlayacaq.
"Football-plus.az" xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi “İnter”lə anlaşıb. Milan klubunun yaydığı xəbərdə 35 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlandığı bildirilib. Kuadrado 2015-ci ildə “Çelsi”dən keçdiyi “Yuventus”da bütün turnirlərdə 314 oyunda meydana çıxıb, 26 qol vurub və 65 məhsuldar ötürmə edib. O, İtaliyada daha əvvəl “Udineze”, “Leççe” və “Forentina”da da çıxış edib.
Kuadrado yenə İtaliyada oynayacaq
Dünya futbolu





