Dibala İtaliyada qalmağa çox yaxındı

15.06.2022 17:53 500
Dünya futbolu
“Yuventus”dan azad agent kimi ayrılan Paulo Dibalanın İtaliyada qalmaq şansı çoxdu.

Onun artıq “İnter”ə keçəcəyi böyük ölçüdə məlumdu. İtaliya mənbələrinin məlumatına görə, 28 yaşlı hücumçu yaxın günlərdə Milan klubu ilə 4 illik müqaviləyə qol çəkəcək. Paulonun illik məvacibinin 6 milyon avro olacağı da bildirilir. Futbolçunun illik qazancının bonuslar daxil olmaqla 8 milyon avroya yüksələ biləcəyi də məlum olub.
Dibalanın “Yuventus”la müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. O, yalnız bundan sonra “İnter”lə müqavilə bağlayacaq.