“Yuventus”dan azad agent kimi ayrılan Xuan Kuadrado İtaliyanı tərk etməyəcək.
"Football-plus.az" xəbər verir ki, bu məlumatı “Football Italia” qəzeti yayıb.
İdman nəşrinin xəbərinə görə, kolumbiyalı yarımmüdafiəçi “İnter”lə anlaşıb. Xəbərdə 35 yaşlı futbolçu ilə birillik müqavilə bağlanacağı bildirilib. Kuadradonun rəsmi müqavilə bağlaması üçün tibbi müayinədən problemsiz keçməsi tələb olunur.
2015-ci ildə “Çelsi”dən “Yuventus”a keçən Xuan İtaliyada daha əvvəl “Udineze”, “Leççe” və “Forentina”da da çıxış edib.