“Yuventus” rəsmi oyun zamanı təmsil etdiyi sponsorlardan hər il 58,5 milyon avro alır.
Football-plus.az xəbər verir ki, bu məlumatı “calciomercato” portalı yayıb.
Bu qədər qazanc A seriyasında ən yüksək göstəricidi.
“Yuventus”un bu mövzuda ən yaxın rəqibi “İnter”di. Milan klubu matç zamanı reklam olunan sponsor şirkətlərdən 28,5 milyon avro əldə edir. Bu planda ilk “5-liy”ə həmçinin “Fiorentina” (25 milyon), “Milan” (21 milyon) və “Sassuolo” (18,5 milyon) daxildi.