“Lids” italiyalı biznesmen Andrea Radritsaninin kluba aid səhmlərə nəzarət paketini satdığını və direktorlar şurasının sədri vəzifəsini tərk etdiyini bildirib.
"Football-plus.az" xəbər verir ki, Radritsani 2017-nin yanvarından bəri səhmlərin müəyyən hissəsinə sahib idi, həmin ilin mayında isə payını 100 faizə çatdırmışdı. Biznesmen 2018-ci il mayın 24-də səhmlərin müəyyən hissəsini “49ers Enterprises” şirkətinə satdı. Bu ilin iyununda yenə adı çəkilən şirkətlə 170 milyon funtluq satış əməliyyatı gerçəkləşdirdi, bununla da klubla onu bağlayan heç nə qalmadı.
Xatırladaq ki, premyer-liqanın sonuncu mövsümündə 19-cu yeri tutan “Lids” çempionşipə yuvarlanıb.