“Neftçi”nin potensial rəqiblərinin bugünkü oyunu ilə bağlı vacib qərar

20.07.2023 17:24 834
Konfrans Liqası
Bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Minsk “Dinamo”su Bosniya və Hersoqovina “Jelezniçar”ı ilə üz-üzə gələcək.

Cavab qarşılaşması “Azərsun Arena”da keçiriləcək. Matçla bağlı maraqlı qərar qəbul olunub.

“Football-plus.az” xəbər verir ki, oyunu arenadan izləmək mümkün olmayacaq. Daha konkret desək, azarkeşlər stadiona buraxılmayacaq. Yalnız jurnalistlər və klub nümayəndələrinin belə imkanı olacaq.

Qeyd edək ki, bu cütün qalibi 2-ci təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq.

İLKİN SULTANLI