"Neftçi" və "Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçirəcəyi cavab oyununun saatı bəlli olub.
"Football-plus.az" xəbər verir ki, "Sabah"ın avqustun 3-də Bakıdakı matçı saat 20:00-da, "Neftçi"nin ev oyunu isə saat 21.00-da başlayacaq.
"Neftçi"nin 2-ci mərhələdəki rəqibi "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi olacaq. Komandalar arasında keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb.
"Sabah" isə "Makedoniya" (Şimali Makedoniya) - RFŞ (Latviya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandaların ilk oyununda isə RFŞ minimal hesablı qələbə qazanıb - 1:0.
Qeyd edək ki, KL-dəki digər təmsilçimiz "Qəbələ"nin oyunlarının saatı daha əvvəl açıqlanmışdı. İyulun 27-də Qəbələdə Cənubi Kiprin "Omoniya" ilə keçiriləcək oyun saat 20.00-da, avqustun 3-də səfərdə keçirəcək qarşılaşma isə Bakı vaxtı ilə saat 21.00-da başıayacaq.