Görəsən, flaqmanın hansısa nümayəndəsi bu qarşılaşmalarda iştirak edəcək?
Bu sualı klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq. “Ağ-qaralar”ın rəsmisi “Football-plus.az”a açıqlamasında məsələyə belə münasibət bildirdi:
“Bildiyiniz kimi, dünən baş məşqç Laurentsiu Regekampfla yolları ayırdıq. İndi komandanın çalışdırıcısının kim olacağı hələlik bəlli deyil. Yeni məşqçi təyin olunandan sonra oyunlara nümayəndə göndərməyi məsləhət bilsə, onun istəyinə uyğun kimisə adı çəkilən qarşılaşmalara göndərəcəyik”.
İLKİN SULTANLI




