“Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
"Football-plus.az" xəbər verir ki, klub bu gün baş tutacaq püşkatma mərasimində üç komanda və iki cütdən birinə rəqib olacaq.
Püşkdə səpələnmişlər səbətində yer alacaq “Neftçi” ilk duelini Voyvodina” (Serbiya), “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi, “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi, “Debretsen” (Macarıstan) və ya “MOİK 1948”ə (Bolqarıstan) qarşı keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında 2-ci raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.