Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin potensial rəqibləri olan "Jelezniçar"la (Bosniya və Herseqovina) "Dinamo" (Minsk, Belarus) arasında Bakıda keçiriləcək cavab oyununun başlama saatı açıqlanıb.
"Football-plus.az" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 20-də oynanılacaq qarşılaşma saat 21.00-da start götürəcək. Matç "Qarabağ"a məxsus "Azersun Arena"da təşkil olunacaq.