• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Uord-Praus “Göztəpə”yə penaltini bilərəkdən vurmadı?

Dünya futbolu

19-07-2023, 23:0

Türkiyə təmsilçiləri yeni mövsümə hazırlığı davam etdirir.

"Football-plus.az" xəbər verir ki, qardaş ölkənin klubları ötən həftəsonu bir sıra yoxlama matçları keçiriblər. Qeyd edək ki, Rusiyadakı turnirdə “Fənərbaxça”nın “Neftçi”ni minimal hesabla yendiyi oyun barədə detalları başqa səhifədə oxuya bilərsiz.

“Qalatasaray”ın Avstriya toplanışı dünən başa çatdı. Dünənki “Şturm”la oyuna növbəti sayımızda toxunacağıq. Həftəsonu isə son çempion 24 saat ərzində iki oyun keçirdi. “Cim-Bom” iyulun 14-də Vyana “Austriya”sı ilə qarşılaşdı. 10 minə yaxın azarkeşin izlədiyi görüş İstanbul nəhəngi üçün elə də asan keçmədi. Okan Burukun komandası 2-ci hissənin əvvəllərində hesabda geri düşsə də, bu hazırlıq dönəmində özünü yaxşı tərəfdən göstərməyi bacaran Barış Alpər Yılmaz son dəqiqələrdə komandasını məğlubiyyətdən xilas etdi. İyulun 15-də isə “Qalatasaray” Macarıstanın aşağı liqa təmsilçisi “Çakvar”la qarşılaşdı. Təbii ki, Okan Buruk bu dəfə fərqli “11-liy”i meydana buraxdı. “Aslan” o qədər də güclü olmayan rəqibi inamlı şəkildə yenməyi bacardı. İcarədən qayıdan və bu hazırlıq dönəmində özünü göstərmək üçün dəridən-qabıqdan çıxan Morutsanın qol vurması diqqət çəkdi. Həm o, həm də dubl edən Zanyolo yaxşı təsir bağışladı. Yeni transfer Anxelinyo bu görüşdə ilk dəfə sarı-qırmızı forma ilə meydana çıxdı.

İyulun 9-dan etibarən Almaniyada toplanışda olan “Beşiktaş”ın bu yay keçirdiyi ilk hazırlıq oyunu qalmaqallı alındı və yarımçıq dayandırıldı. İstanbul nəhəngi iyulun 15-də Avstriyanın Tirol şəhərində yerləşən “Kufştayn Arena”da bundesliqa təmsilçisi “Auqsburq”la qarşılaşdı. Qürbətçi türkiyəli fanatlar oyuna böyük maraq göstərdilər. Şenol Günəşin komandası fasilə ərəfəsində Gezzalın ötürməsindən sonra Mulekanın vurduğu qolla ilk yarını öndə tamamladı. 1 saat tamamlanmaq üzrə olarkən “Auqbsurq” fransalı forvard Kardona ilə bərabərlik qolunu vurdu. Özünü aqressiv aparan və tribunada səs bombaları, petardlar partladan, eləcə də fişənglər yandıran “Beşiktaş” fanatları üzündən hakim əvvəlcə oyunu 47-ci dəqiqədə qısa müddətlik dayandırdı. Fanatlara dəfələrlə xəbərdarlıq edilsə də, onlar əməllərindən qalmadılar. Tribunaların meydana çox yaxın olması və partlayıcı maddələrin futbolçuların sağlamlığına ziyan vurması ehtimalı olduğu üçün hakim 79-cu dəqiqədə oyunu birdəfəlik dayandırmaq məcburiyyətində qaldı. Dünən “Qartal” Macarıstan təmsilçisi “Mezyokoveşd” ilə qarşılaşdı. Bu oyuna da növbəti sayımızda toxunacağıq. Komanda Almaniya toplanışını ayın 21-də Fransa təmsilçisi “Strasbur”a qarşı oyunla bitirəcək.

“Trabzonspor” isə heç cür qələbə qazana bilmir. İyulun 4-dən Slıoveniyada toplanışda olan Nenad Byelitsanın komandası ilk görüşdə Xorvatiyanın iddialı klublarından “Hayduk”a 0:2 hesabı ilə boyun əymişdi. Qaradənizlilərin iyulun 15-16-da keçirdikləri hər iki oyun isə eyni – 2:2 hesabı ilə başa çatıb. Macarıstanın ortabab klublarından olan “Fehervar”la görüşdə “bordo-mavililər” Maksi Qomesin erkən qolu ilə önə keçsələr də, üstünlüyü əldən verdilər və hətta məğlub duruma düşdülər. Komandanı məğlubiyyətdən Enes Bardinin cərimə zərbəsindən vurduğu baxımlı qol xilas etdi. Ertəsi gün Sloveniyanın iddialı klublarından olan “Çelye” ilə baş tutan görüş də, demək olar, eyni ssenarı ilə keçdi. “Trabzonspor” bu qarşılaşmada 2 dəfə hesabda önə keçsə də, hər iki halda üstünlüyü qoruya bilmədi. Bu dəfə qolları ötən mövsüm “İstanbulspor”da icarədə olan Kərəm Şən ilə Umut Bozok vurdu.

Maraqlı oyunlardan biri İzmirdə keçirildi. 1-ci liqa təmsilçisi “Göztəpə” ötən mövsüm premyer-liqanı tərk edən “Sauthempton”la qarşılaşdı. Bu komandaların hazırlıq matçında üz-üzə gəlməsi təsadüfi deyil. Belə ki, hər iki klub danimarkalı iş adamı Rasmus Ankersenin sahibi olduğu “Sport Republic” şirkəti tərəfindən idarə olunur. Ötən il “Göztəpə”nin səhmlərinin 70 faizini alan Ankersen özü də qarşılaşmanı tribunadan izləyirdi. 24 yaşlı forvard Yalçın Kayanın qolu ilə fasiləyə öndə yollanan “Göztəpə” 2-ci hissədə üstünlüyü qoruya bilmədi. Matçın ən diqqətçəkən epizodu 58-ci dəqiqəyə təsadüf etdi. Premyer-liqa tarixində Devid Bekhemdən sonra cərimə zərbəsindən ən çox qol vuran futbolçu statusunda olan Ceyms Uord-Praus penaltidən yararlana bilmədi. Standart zərbələrin mahir ifaçısı kimi tanınan təcrübəli oyunçu vaxtilə Bekhemin Türkiyə ilə səfər oyununda başına gələn şanssızlığı yaşadı. Belə ki, o, zərbə vurarkən ayağı sürüşdü və top qapıdan çox aralı keçdi! “Sauthempton” fanatlarının bu epizoda reaksiyası isə fərqli oldu. Onların fikrincə, Uord-Praus birinci liqada oynamaq istəmir və komandanı tərk etmək arzusundadı. Ona görə də penaltini bilərəkdən dəqiq vurmayıb... Bu epizoddan 6 dəqiqə sonra 20 yaşlı argentinalı yarımmüdafiəçi Karlos Alkaras yekun nəticəni müəyyənləşdirdi.

Austriya (Avstriya) – Qalatasaray 1:1
Holland, 49 – Barış Alpər Yılmaz, 83.
Qalatasaray: Muslera, Boe (Əmrə Kılınç, 84), Nelsson (Kaan Ayhan, 67), Əbdülkərim Bardakcı (Emin Bayram, 67), Kazımcan Karataş (Dyubua, 67), Berkan Kutlu (Metehan Baltacı, 84), Midtşö (Həmzə Akman, 67), Yunus Akgün (Morutsan, 61), Yusuf Dəmir (Mertens, 61), Kərəm Aktürkoğlu, Barış Alpər Yılmaz (Baran Dəmiroğlu, 84).

Çakvar (Macarıstan ) – Qalatasaray 2:4
Tamaş, 51. Macor, 76 – Morutsan, 3. Kaan Ayhan, 53. Zanyolo, 56; 59.
Qalatasaray: Cankat Yılmaz (Berk Balaban, 46), Əli Turap Bülbül (Canər Doğan, 46), Metehan Baltacı (Anxelinyo, 62.), Emin Bayram (Ross, 70), Dyubua, Özgür Baran Aksaka (Efe Akman, 63), Kaan Ayhan (Baran Demiroglu, 70), Morutsan, Mertens (Həmzə Akman 46), Emre Kılınç, Zanyolo.

Auqsburq (Akmaniya) – Beşiktaş 1:1
Kardona, 59 – Muleka, 42.
Beşiktaş: Ərsin Destanoğlu, Rozye, Montero (Haciahmetoviç, 67), Əmrəcan Uzunhan (Kolli, 67), Dəmir Ege Tıknaz (Masuaku, 74), Nəcip Uysal, Berkay Vardar (Salih Uçan, 74), Fernandeş (Umut Meraş, 46), Gezzal (Semih Kılıçsoy, 46), Əmrəcan Bulut (Kərəm Kəsgin, 46), Muleka (Abubakar, 67).

Fehervar (Macarıstan) – Trabzonspor 2:2
Çonqvai, 37. Kodro, 58 – Qomes, 9. Bardi, 75.
Trabzonspor: Muhammet Taha Tepe, Sərkan Asan (Strüger Larsen, 62), Benkoviç (Əli Şahin Yılmaz, 76), Hüseyin Türkmən (Kurbelis, 62), Ərən Elmalı (Arif Boşluk, 62), Doğucan Haspolat (Densvil, 62), Abdulkadir Ömür (Kərəm Şən, 76), Bakasetas (Trezeqe, 62), Visça (Bardi, 62), Orşiç (Əbdürrəhman Bayram, 76), Qomes (Umut Bozok, 62).

Çelye (Sloveniya) – Trabzonspor 2:2
Bayde, 37. Zets, 64 – Kərəm Şən, 25. Umut Bozok, 51.
Trabzonspor: Uğurcan Çakır, Strüger Larsen, Densvil, Əli Şahin Yılmaz (Doğucan Haspolat, 90), Arif Boşluk (Poyraz Yıldırım, 70), Kurbelis (Hakan Yeşil, 46), Kərəm Şən, Bardi (Salih Malkoçoğlu, 64) Əbdürrəhman Bayram (Oğuzhan Yılmaz, 55), Trezeqe (Əmirhan Zaman, 46), Umut Bozok (Enis Destan, 64).

Fənərbaxça – Neftçi 1:0
Ceko, 72.

Göztəpə - Sauthempton 1:1
Yalçın Kayan, 26 – Alkaras, 64.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-07-2023, 20:0

''Qalatasaray'' bu dəfə heç-heçə ilə kifayətləndi

Dünya futbolu

12-07-2023, 18:0

''Qalatasaray'' bu yayın ilk qələbəsini qazandı

Dünya futbolu

16-07-2023, 13:0

Türkiyə nəhənglərinin hamısı bir gündə oyun keçirdi

Dünya futbolu

18-01-2023, 15:0

Okan Buruk rekordçular sırasında

Dünya futbolu

14-07-2022, 15:0

"Qalatasaray"ın "Qəbələ"nin rəqibi ilə oyununda nələr yaşandı?

Dünya futbolu

28-07-2022, 13:0

Seferoviç ardıcıl ikinci oyunda qol vursa da…

Aktual
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
Son xəbərlər
  • Bu gün, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Bu gün, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Bu gün, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Bu gün, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Bu gün, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Bu gün, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Bu gün, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Bu gün, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Bu gün, 13:56
    Premyer-liqada yeni mövsüm başlayır! - "Turan Tovuz" "Qəbələ"yə qarşı
  • Bu gün, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Bu gün, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Bu gün, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Bu gün, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Bu gün, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Bu gün, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
  • Bu gün, 13:22
    “Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
  • Bu gün, 13:13
    “Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
  • Bu gün, 13:11
    “Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
  • Bu gün, 12:59
    ''Fənərbaxça'' bu qapıçı ilə birdəfəlik sağollaşdı
  • Bu gün, 12:40
    "Neftçi" və "Zirə" qalib gəldi - "Sabahın Ulduzları"
  • Bu gün, 12:36
    Üç boksçumuz qələbə qazandı - AÇ
  • Bu gün, 12:16
    “Müəyyən təkliflər, müəyyən planlar var” - Rüstəm Məmmədov yeni baş məşqçiyə uğur arzuladı
  • Bu gün, 11:55
    ''Fənərbaxça'' braziliyalı futbolçu ilə vidalaşdı
  • Bu gün, 11:40
    "Kəpəz" Nicatla yeni müqavilə imzaladı
  • Bu gün, 11:38
    "Tvente" - "Qarabağ" matçının başlama saatı açıqlandı
  • Bu gün, 11:33
    "Kəpəz"in hücumçusu "Zaqatala"ya keçdi
  • Bu gün, 11:31
    Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq
  • Bu gün, 11:28
    “Tam əla səviyyəyə çatmaq üçün iki oyunçuya ehtiyacımız var” - Tahir Gözəl
  • Bu gün, 11:27
    Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
  • Bu gün, 11:23
    Yenidən Londonda qərar tutdu
  • Bu gün, 10:52
    İspaniyada klubunu dəyişdi
  • Bu gün, 10:00
    Dortmunddan Komoya yollandı
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
Daha çox
Oxunub: 336
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə