''Qalatasaray'' bu dəfə heç-heçə ilə kifayətləndi

15.07.2023 20:12 230
Dünya futbolu
Avstriyada toplanışda olan ''Qalatasaray'' bu yay hazırlıq dönəmindəki 3-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, daha öncə İngiltərə təmsilçisi ''Hall Siti'' (3:4) və Macarıstan təmsilçisi ''Kişvarda'' (2:0) ilə qarşılaşan Türkiyə çempionu bu dəfə Vyana ''Austriya''sı ilə üz-üzə gəlib.

10 minə yaxın azarkeşin izlədiyi oyunda ''Cim-Bom'' İkinci hissənin əvvəlində hesabda geri düşsə də, 83-cü dəqiqədə Barış Alpər Yılmazın vurduğu qol ilə məğlubiyyətdən qurtulub - 1:1. ''Qalatasaray'' Avstriyada növbəti oyununu iyulun 18-də ''Şturm''a qarşı keçirəcək.

ƏLİ