Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün sonuncu yoxlama görüşünü keçirib.
"Football-plus.az" xəbər verir ki, ölkə klubu üçüncü sınağına Şimali Makedoniya təmsilçisi “Qostivar”la matçda çıxıb. “Qəbələ”nin məskunlaşdığı “Termal” otelin məşq bazasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19.00-da start götürüb.
“Qostivar” 2022/2023 mövsümündə ikinci dəstədə 2-ci yeri tutaraq, yüksək liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, buna qədər Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” “Sukleya”ya (Moldova) 4:2 hesabı ilə qalib gəlib, “Orenburq”la (Rusiya) 1:1 hesablı heç-heçə edib.
19.00. "Qəbələ" - "Qostivar" 3:1
Əyyub Allaş, 42, Osama Xalayla, 45+1, 49
“Termal” otelin məşq bazasının stadionu