"Qəbələ" Rumıniya klubuna qarşı

12.01.2023 11:39 251
Premyer-liqa
Yanvarın 4-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ" bu gün ilk sınağına çıxacaq.

Football-plus.az xəbər verir kİ, cari mövsümün ikinci yarısının hazırlığı çərçivəsindəki ilk yoxlama matçında rəqib Rumıniyanın “Sepsi” klubu olacaq.

“Arcadia Sports Senter”də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.