• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kral öldü, yaşasın yeni kral!

İdman

18-07-2023, 16:0

Londonda keçirilən, 57 milyon 290 min dollar mükafat fonduna malik “Uimbldon” turniri srağagün başa çatdı.

"Football-plus.az" xəbər verir ki, qadınlar arasında turnirdə sürpriz finalla üzləşdik. O mənada ki, “böyük üçlük”dən, yəni Sventek, Sobolenko və Rıbakinadan heç biri həlledici oyuna vəsiqə qazana bilməmişdi. Elə şənbə günü keçirilən final oyunu da sürpriz sonluqla bitdi. Buna qədər dünya reytinqində 42-ci olan Marketa Vondrouşova dünyanın 6-cı tennisçisi Ons Jaberi məğlub etdi. Özü də cəmi 1 saat 20 dəqiqə davam edən görüşdə. Karyerasında ilk dəfə “Böyük dəbilqə”nin qalibi olan 24 yaşlı çexiyalı dünəndən artıq dünyanın 10-cu qadın tennisçisidi. Ümumiyyətlə, Marketa qadınlar arasında “Uimbldon” turnirinin qalibi olan ən aşağı reytinqli tennisçi, Açıq erada bu turniri qazanan 5-ci solaxaydı (Enn Cons, Martina Navratilova, Petra Kvitova və Anjelika Kerberdən sonra).

Ardıcıl 2-ci il “Uimbldon”un finalında uduzan (ötən il Yelena Rıbakinaya) 28 yaşlı Jaberin fikirləri:

“Danışmağa çətinlik çəkirəm, çünki çox ağırdı. Fotolarda qorxunc görünəcəm. Düşünürəm ki, bu, karyeramdakı ən acınacaqlı məğlubiyyətdi. Əvvəlcə Marketanı və komandasını təbrik etmək istəyirəm. Bilirəm ki, çoxlu zədən olub, bu üzdən sənə görə sevinirəm. Təslim olmaq fikrində deyiləm. Daha güclü şəkildə dönəcəm. Daim mənə inanan komandama da təşəkkür etmək istəyirəm. Nə vaxtsa istədiyimizə çatacağıq – sizə söz verirəm. Çətindi, ancaq bu tennisdi. Söz verirəm ki, bir gün dönəcəm və bu turniri qazanacam”.


Vondrouşova da qələbədən sonra media önünə çıxdı:

“Nə baş verdiyini bilmirəm, çox maraqlı hissdi. Ons, səni təbrik edirəm, hamımızı ruhlandırırsan. Ümid edirəm ki, nə vaxtsa qalib gələcəksən. Bütün yaşadıqlarımdan sonra bu gün burda kubokla dayanmağıma inana bilmirəm. Qayıdış həmişə çətindi. Bu səviyyəyə dönə biləcəyimə inanırdım. Kiçik bacım orda – yuxarıda ağlayır. Sabah həyat yoldaşımla evliliyimizin bir ili tamam olur, hər şey necə də gözəldi. Bu iki həftədən böyük məmnunluq duydum. Bir qədər yorucu olsa da, özümlə qürur duyuram. Qələbə ilə bağlı döymə etdirəcəyəmmi? Bilmirəm, ancaq məşqçimlə mərc etmişdik. Mənə demişdi ki, bu turniri qazansam, o da döymə etdirəcək. Odu ki, sabah bu işi görməliyik”.


Bazar günü kişilərin turnirində final oyunu keçirildi. Karlos Alkaras 4 saat 46 dəqiqə davam edən oyunda Novak Cokoviçi məğlub etdi. Əvvəlcə bu görüşlə bağlı bəzi statistik məqamları xatırladaq. Serb ulduz karyerasında ilk dəfə “Uimbldon”da ilk seti qalib kimi bitirdiyi oyunda qələbə qazana bilmədi. İndiyə qədər 77 belə oyunda sonda da qələbəni bayram etmişdi. 4 saat 46 dəqiqə davam edən final bu göstəricidə yalnız 2019-dakı finaldan geri qaldı. Onda Cokoviçlə Rocer Federer 4 saat 57 dəqiqə ərzində münasibətləri aydınlaşdırmış, serb bu dueldən qalib ayrılmışdı - 7:6, 1:6, 7:6, 4:6, 13:12. Karyerasında 2-ci dəfə “Uimbldon”un finalında uduzan (1-ci dəfə 2013-də britaniyalı Endi Marreyə), bu turniri indiyə qədər 7 dəfə qazanan 36 yaşlı Cokoviç Federerin rekordunu (Londonda 8 titul) təkrarlaya bilmədi.

Alkaras Cokoviçin “Uimbldon”un mərkəzi kortunda son 10 ildə ilk məğlubiyyətinə səbəbkar oldu. Yuxarıda da vurğuladığımız kimi, serb ulduz sonuncu dəfə Marreylə bacarmamışdı. 20 yaşlı ispan “Uimbldon”da ilk, “Böyük dəbilqə” turnirlərində isə 2-ci (ötənilki “US Open”in də qalibi olub) qələbəsini qazandı.

“Böyük dəbilqə” turnirlərinin 23 qat qalibi olan Cokoviç finaldan sonra bunları dedi:

“Hamının günü xeyirli olsun. Əlbəttə, mənim üçün xeyirli deyil. Karlosu və komandasını tərifləməkdən başlamaq istəyirəm. Qələbəni haqq etdin. Düşünürdüm ki, qrunt və ya hard örtükdə sənlə problem yaşayacam, ancaq ot üzərində yox. Hər şey dəyişdi. Ot örtüyə yaxşı uyğunlaşdın. Emosiyalar sakitləşəndən sonra özümdən razı qalacam. Son illərdə burda çoxlu çətin oyunda qələbə qazanmışam. Məsələn, 2019-da Federer üzərində. Sabah səhər yəqin bu nəticə ilə qürur duyacam. Hələ ki qələbəyə çox yaxın olduğum oyunda məğlubiyyəti qəbul etmək mənim üçün çətindi. Bu gün güclü rəqibə uduzdum, onu təbrik etmək və irəli baxmaq lazımdı. Oğlumun hələ də burda olduğunu, gülümsədiyini görmək xoşdu (bu məqamda göz yaşını saxlaya bilmədi – red.). Sizi sevirəm, dəstəyinizə görə sağ olun”.


Alkaras da qələbə çıxışı etdi:

“Bu, arzularımın yerinə yetməsidi. Əlbəttə, qələbə əladı, ancaq məğlub olsaydın da, özümlə qürur duyacaqdım. Bu gözəl turnirin tarixini yazmaq, finalda idmanın əfsanəsi ilə qarşılaşmaq mənim üçün qeyri-adi hadisədi. Özüm, komandam və görülən işlə qürur duyuram. Novakı təbrik etməliyəm. Mən sənə baxa-baxa tennis oynamağa başlamışam. Mən dünyaya gələndə sən artıq turnirləri qazanırdın. Ot örtüyə dərhal vuruldum. Qısa müddətdə bu səviyyədə oynaya biləcəyimi gözləmirdim. Ot üzərində yalnız dörd turnir keçirmişəm”.


final
Kişilər, fərd
i
Alkaras (İspaniya, 1) - Cokoviç (Serbiya, 2) 1:6, 7:6 (8:6), 6:1, 3:6, 6:4
Qadınlar, fərdi
Vondrouşova (Çexiya) - Jaber (Tunis, 6) 6:4, 6:4
Kişilər, cütlər
Kolhof/Skupski (Niderland/B.Britaniya, 1) – Qranolyers/Sebalyos (İspaniya/Argentina, 15) 6:4, 6:4
Qadınlar, cütlər
Suvey/Strıtsova (Tayvan/Çexiya) – Hanter/Mertens (Avstraliya/Belçika, 3) 7:5, 6:4
Qarışıq
Kiçenok/Paviç (Ukrayna/Xorvatiya, 7) – İfan/Vligen (Çin/Belçika) 6:4, 6:7 (9:11), 6:3

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-07-2023, 11:0

Vondrouşova 3 milyon dolları necə qazandı?

İdman

14-07-2023, 11:0

Jaber ardıcıl ikinci dəfə finalda

İdman

6-07-2023, 10:0

Cokoviç 350-yə çatdı

İdman

7-07-2023, 20:0

Kişilər arasında Cokoviçlə Alkaras, qadınlar arasında “böyük üçlük”

İdman

8-06-2022, 17:0

Nadal: “Böyük dəbilqə” turnirlərində 22-ci qələbə!

İdman

11-09-2022, 18:0

Finalçılar müəyyənləşdi, Sventek tarixə düşdü

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Bu gün, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Bu gün, 17:06
    Fransaya qayıtmayacaq
  • Bu gün, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Bu gün, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Bu gün, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Bu gün, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 234
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə