İspaniya basketbolunun nəhənglərindən “Real” və “Barselona” heyəti gücləndirməklə bağlı addımlar atır.
"Football-plus.az" xəbər verir ki, Madrid klubu rəsmi saytı vasitəsi ilə müdafiəçi Serxio Rodrigeslə müqavilə müddətinin uzadıldığını elan edib. 37 yaşlı ispaniyalı müqaviləsinin müddətinin 2023/24 mövsümünün sonuna qədər uzadıb. O, 2016-16-cı illər aralığında şərəfini qoruduğu “Real”a ötən il dönüb. Rodriges İspaniya çempionatının ötən mövsümündə 39 oyuna çıxıb, hər oyunda orta hesabla 6,1 xal, 1,6 ribaund və 3,5 məhsuldar ötürmə ilə yadda qalıb. Avroliqada isə 4,9 xal, 1,5 ribaund və 4,4 ötürmə göstəricisi ilə “Real”a titul qazanmaqda yardım edib.
“Barselona” da rəsmi saytında “Nyu-Orlean”ın mərkəz oyunçusu Uilli Ernanqomesi “rənglərinə bağladığını” elan edib. 29 yaşlı ispanla 2026-cı ilin sonuna qədər müqavilə imzalanıb. Ernanqomes MBA-nın son mövsümündə 38 oyun keçirib, hər oyunda orta hesabla 6,9 xal toplayıb, 4,7 ribaund edib.
“Real” müqavilə müddətini uzatdı, “Barselona” aldı
İdman





