MBA 21-ci oyun həftəsinin ən yaxşı basketbolçularının adını açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, ötən həftənin ən yaxşıları “Filadelfiya 76”dan Coel Embiid və “Sakramento”dan Domantas Sabonisdi.
“Filadelfiya”nın lideri komandasına ardıcıl 4 qələbə qazanmaqda yardım edib, bu oyunlarda orta hesabla 38,5 xal toplayıb, 6,8 ribaund və 2,8 ötürmə ilə yadda qalıb. Sabonisin oyunbaşı göstəriciləri belədi: 20 xal, 10,7 ribaund və 8,3 məhsuldar ötürmə. Litvalının komandası ötən həftə ardıcıl üç qələbə qazanıb.