Qrin imzaladı, şərtlər açıqlanmadı

9.07.2023 15:54 241
İdman
“Qolden Steyt” forvard Dreymond Qrinlə müqavilə imzaladığını elan edib.

“Football-plus.az” xəbər verir ki, sövdələşmənin şərtləri açıqlanmayıb.

Bir müddət əvvəl “The Athletic” 33 yaşlı amerikalının 100 milyon dollarlıq, 4 illik müqaviləyə imza atacağını xəbər vermişdi.

2022/23 mövsümündə müntəzəm çempionatda 73 oyun keçirən Qrin hər oyunda orta hesabla 8,5 xal, 7,2 ribaund və 6,8 ötürmə göstəricisi ilə yadda qalıb.