• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tahir Baxşıyev: “Builki çempionat indiyə qədər keçirilənlər arasında ən güclüsüdü” - LAYİHƏ

İdman / Layihə / Manşet

1-01-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Zaman-zaman mövzuların əhatə dairəsini genişləndirməyə, idmanın başqa sahələrini və ordakı mütəxisslərimizi oxucularımıza yaxından tanıtdırmağa çalışırıq. Bu dəfə də prinsipimizə sadiq qalaraq yazını basketbola həsr etmişik. Müsahibimiz də yetərincə tanınmış simadı. NTD basketbol klubunun və Azərbaycanın U-18 yığmasının baş məşqçisi Tahir Baxşıyev bizi maraqlandıran sualları məmnunluqla cavabladı.

- Tahir bəy, adətimiz üzrə sizə də ilk sualımız keçmişlə bağlıdı. Basketbola necə gəldiz? Niyə məhz basketbolu seçdiz?
- Bu gəlişin tarixi uzaq 1996-cı ilə gedib çıxır. Onda mənim heç 14 yaşım da tamam olmamışdı. Evimizin yanında Neft Akademiyasının idman kompleksi var idi və orda trenajora yazılmışdım. Qonşuluqda yaşayan idman mütəxəssislərindən biri dedi ki, sənin üçün trenajorla məşğul olmaq hələ tezdi, gəl səni basketbola yazaq. Elə həmin idman kompleksində basketbol məşqləri keçirilirdi. O dövrün ən güclü məşqçilərindən olan Vladimir Alekseyeviç Sorokin də orda məşqlər keçirdi. Məni onun yanına apardılar. Beləcə basketbolla məşğul olmağa başladım. Əvvəl düşünürdüm ki, elə-belə məşq edirəm. Evdəkilər də istəyirdilər ki, basketbolla məşğul olum. Yavaş-yavaş gördüm ki, basketbol çox maraqlı, hərtərəfli oyundu. Beləcə davam etdim, ömrümü basketbola həsr etdim.



- İlk məşqçinizin Vladimir Sorokin olduğunu dediz. Bəs oynadığınız ilk klub hansı olub?
- Əvvəllər klubumuz “Məhsul” adlanırdı. Sonradan klubun adı “Bakılı” oldu.

- Həm basketbolçu, həm də məşqçi kimi karyeranıza nəzər salanda hansı məqamları daha çox xatrırlayırsız. Sizin üçün uğurlu dövrlər, nəticələr hansılar olub?
- Gənclik illərimiz çox maraqlı keçib, xatirələr çoxdu. 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilən 1-ci İslam Oyunlarında qalib olduq. Orda 5x5 şəklində, klassik basketbol yarışları idi. O günləri heç vaxt unutmaram. Çox gərgin mübarizə aparırdıq, çempionluğa gedən yolda xeyli çətin görüşlər keçirdik. Qrupda iki oyunda məğlub olmuşduq. Buna baxmayaraq, sonda çempion olmağı bacardıq. 2006-cı və 2008-ci illərdə C dvizionunun çempionu olmuşuq. Bütün bu nəticələr xatirələrimdə qalıb. 2011-12-ci illərdə də çox maraqlı oyunlar keçirmişik. Sonda bir oyuna görə son 24 komandanın sırasına düşə bilmədik. İsveçə səfərdə uduzmuşduq. 14 xallıq fərqlə səfərdə məğlub olmuşduq. Bakıda onlara 7 xallıq fərqlə qalib gəldik. Məşqçi kimi unutmadığım uğur 2018-ci ildə U-18 yığmasıyla C dvizionunda qalib olmağımızdı. Bu il isə bürünc medal qazandıc, C dvizionunun üçüncüsü olduq.



- Futboldakı problemlərimiz məlumdu. Avropa səviyyəli idmançılar, legioner həyatı yaşaya bilən fubolçular yetişdirə bilməmişik. Basketbolda vəziyyət necədi?
- Mənim yetirmələrimdən legioner həyatı yaşayanlar olub. Endar Poladxanlı Fransada, Çexiyada və Türkiyədə oynayıb. Onun kimi NTD məktəbinin yetirməsi Əkbər Məmmədli İspaniyada çıxış edib. Hüseyn Qaflanovun 2,06 metr boyu var, cəmi 14 yaşındadı. Litvada MBA basketbol məktəbindəki seçimlərdən uğurla keçib, orda məşq edir. Bizim böyük hədəfimizdi ki, azərbaycanlı uşaqlar xaricdə ölkəmizi uğurla təmsil etsinlər. Amma bu çox ciddi işdi, çalışmaq lazımdı. İnanıram ki, gələcəkdə bunu da görəcəyik.

- Basketbolçu olmaq istəyən uşaqlarda hansı keyfiyyətlər olmalıdı? Həmin uşaqlar və onların valideynləri ən çox nəyə diqqət etməlidilər?
- Basketbolda genetik amillər vacibdi. Boy hündür olmalıdı, çünki basketbol ucaboy adamların oyunudu. Balacaboylar da basketbolçu ola bilər. MBA-da yetərincə çox belə oyunçu var. Amma onlar əzmkarları, çalışqanlıqları ilə məqsədlərinə nail olublar. Valideynlərdən də çox şey aslıdı, onların üzərinə böyük məsuliyyət düşür. Valideynlər uşaqlarına həmişə diqqət göstərməlidi. Çalışmalıdı ki, uşaqlar idmanı sevsin. İşin 80 faizi uşağın özündən asılıdı. Uşaq nə qədər çox çalışsa, ürəklə məşq etsə, tapşırıqları yerinə yetirsə, o da yaxşı basketbolçu ola biləcək.

- Bu ildən Azərbaycan çempionatı da keçirilir. Çempionatın səviyyəsini, rəqabəti necə qiymətləndirirsiz?
- Bildiyiniz kimi, mən yığma komanda ilə yanaşı, NDT-də də çalışıram. Ona görə də çempionatdakı mübarizəni də yaxından izləyirəm, bu mübarizənin içindəyəm. Bu il çempionat çox güclü keçir. Həm də xeyli maraqlıdı. Səviyyə yüksəlib. Deyərdim ki, builki çempionat indiyə qədər keçirilənlər arasında ən güclüsüdü. İllərdi basketbolla məşğulam. Tam əminliklə deyirəm ki, ən güclü rəqabət, ən böyük maraq məhz bu ildi. İnanıram ki, bu rəqabət də Azərbaycanda basketbolun inkişafına böyük təkan verəcək.

İLKİN SULTANLI


Tahir Baxşıyev: “Builki çempionat indiyə qədər keçirilənlər arasında ən güclüsüdü”


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

4-12-2022, 23:0

Ruzanna Məmmədova: “Ən çox Azərbaycan tarixi ilə bağlı kitablar oxuyuram” - LAYİHƏ

Layihə

27-11-2022, 23:0

“Atam istəyirdi ki, güləşlə məşğul olum, özümü müdafiə etməyi bacarım” – LAYİHƏ

Layihə / Manşet

7-08-2022, 22:0

Fəridə Əzizova: “İdmanla məşğul olmağa həkim məsləhəti ilə başlamışam” - LAYİHƏ

Aktual
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
Son xəbərlər
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Dünən, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Dünən, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Dünən, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Dünən, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Dünən, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Dünən, 12:20
    Parisi tərk edəcək
  • Dünən, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Dünən, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Dünən, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Dünən, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Dünən, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə