Jezuş Ronaldo ilə görüşməyə razıdı

5.10.2026 22:00 36
Dünya futbolu
Kriştiano Ronaldo Portuqaliya yığmasında və Avropa mətbuatında əsas gündəm mövzusu olmaqda davam edir.

Xatırladaq ki, ''Qızıl top''un beşqat qalibi baş məşqçinin onu ehtiyatda saxlamasından inciyərək yığma komandanın düşərgəsini icazəsiz tərk edib. Onun yığma karyerasını bitirdiyi iddia edilsə də, bununla bağlı rəsmi açıqlama yoxdu.

Bu arada Portuqaliyanın çalışdırıcısı Jorje Jezuşun Kriştiano ilə görüşüb söhbət etməyə razılıq verdiyi məlum olub. Bu xəbəri Portuqaliyanın ''A Bola'' nəşri yayıb. Mənbənin yazdığına inansaq, Portuqaliya Futbol Federasiyası Ronaldonun komanda üçün etdiklərini nəzərə alaraq əfsanəvi futbolçunun yığma karyerasını bu cür şəkildə bitirməsini istəmir. Federasiya rəsmiləri Jezuşdan Ronaldo ilə görüşməyi xaiş ediblər və məşqçi də ünlü futbolçu ilə görüşməyə razı olduğunu deyib. Amma görüşdə konkret nəyin müzakirə olunacağı barədə məlumat yoxdu.

Ola bilər ki, tərəflər həm barışsınlar, həm də Ronaldo üçün vida oyunu keçirilsin. Hərçənd Kriştiano cəbhəsindən hələlik bu görüşlə bağlı müsbət cavab gəlməyib. Federasiya məşqçi ilə futbolçunu üzləşdirmək üçün hazırda Madriddə olan Ronaldonun cavabını gözləyir.

Kriştiano yığmanın düşərgəsini tərk etdiyi gün ''instaqram''dakı ''vaxtı gələndə hər şeyi anladacam'' paylaşımından başqa hələ ki, bu olay barədə heç bir açıqlama verməyib.