“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov

5.10.2026 21:27 18
Ölkə futbolu
21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi komandanın toplanışdakı hazırlığından və futbolçuların yanaşmasından razı olduğunu deyib:

“Bizi bu tsiklin son oyunu gözləyir və bu matçda müsbət nəticə əldə etmək istəyirik. Futbolçularımızdan, onların enerjisindən, inkişaf etmək istəyindən və milli komandaya faydalı olmaq həvəsindən çox razıyam. Bu toplanış bizi daha da birləşdirdi və onu müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik”.

Sabah "Bank Respublika Arena"da keçiriləcək Azərbaycan (U-21) - Cəbəllütariq (U-21) oyunu Bakı vaxtı ilə saat 17.45-də başlanacaq. Qarşılaşma "İdman TV" kanalı vasitəsilə canlı yayınlanacaq.