• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ermənistana gedib orda yaxşı futbol sərgiləmək istəyirəm”

Ölkə futbolu / Manşet

10-07-2023, 20:0

Vüsal İsgəndərli “Rəvan”, “Simurq”, “Zirə”, “Şamaxı” və “Keçiörəngücü” və “Sumqayıt”ın şərəfini qoruyub.

O, həm də millimizin üzvüdü. Yığmanın heyətində 3 dəfə meydana çıxıb. 27 yaşlı yarımmüdafiəçi karyerası ərzində ikinci dəfə legioner həyatı yaşayacaq. Futbolçu Albaniya “Eqnatiya”sı ilə 3 illik müqavilə bağlayıb. Əldə etdiyimiz məlumata görə, artıq məşqlərə də qoşulub.

Görəsən, yarımmüdafiəçinin yaşayacağı ölkə və çıxış edəcəyi klub haqda təəssüratı necədi? Komanda ilə tanışlıq, şəraitə uyğunlaşmaq prosesi necə irəliləyir? Bundan sonrakı hədəfləri nədi? Vüsal İsgəndərlinin fikirlərinə keçid alaq: "Klub rəhbərliyi, baş məşqçi və futbolçular ilə ilk görüş çox yaxşı hisslərlə yadda qaldı. İlk görüşdüyüm futbolçu isə Yurgen Qoxa oldu. Bilirsiz ki, albaniyalı müdafiəçi daha əvvəl “Səbail” və “Qəbələ”də çıxış edib. Futbolçu dostlarım Urfan Abbasovla İlkin Qırtımov ondan xahiş ediblər ki, mənə kömək etsin. Yurgen də sağ olsun, onların sözünü yerə salmayıb. Sizin vasitənizlə hər üçünə bir daha təşəkkür edirəm. Onların qayğısı, sevgisi və gələcək uğurlarım üçün çalışmaları məni qürurlandırdı. Belə münasibətlər sayəsində, xarici ölkədə olsam da, özümü tək hiss etmirəm. Sonra komandanın kapitanı ilə səmimi və mehriban söhbətim alındı. Həqiqətən burdakı insanların davranışı elədi ki, sanki məni çoxdan tanıyırlar. Yeri gəlmişkən, "Eqnatiya"da “10” nömrəli formanı geyəcəm. Bu jesti yüksək qiymətləndirirəm. Bilirsiz ki, ən çox sevdiyim nömrə “17”-di. Əslində hansı formanı geyməyimin fərqi yoxdu. Buna baxmayaraq, “10”-un mənəvi dəyərini mənə bəxş etdikləri üçün sevindim. Albaniyanın mentallığı Azərbaycana yaxındı. Qonaqpərvər insanlardı. Bizdə başqa ölkədən gələnlərə necə xüsusi davranırlarsa, kömək etməyə çalışırlarsa, burda da elədi. Hələ ki hər hansı xoşagəlməz halla qarşılaşmamışam. Qaldığım şəhəri (Roqojin - red.) gəzmək isə qismət olmayıb. Əslində kiçik bölgədi. 15 dəqiqəlik məsafədə daha böyük şəhər var ki, orda həyat daha maraqlıdı. "Eqnatiya"nın üzvlərinin qaldığı otel məhz həmin ərazidə yerləşir. İnşallah, alınsa, həmin şəhərdə məskunlaşmaq istəyirəm. Bu həm də klub rəhbərliyinin təklifidi. Onlara öncəliklə komandaya uyğunlaşmaq niyyətində olduğumu bildirdim. Həm də Azərbaycana qayıdıb evlənməyi planlaşdırıram. Toydan sonra hansı şəhərdə yaşayacağıma qərar verəcəm. Məqsədlərimi də rəhbərliklə müzakirə etmişəm. İki əsas hədəfim var: millimizə dəvət almaq və daha böyük klubla anlaşa bilmək üçün çalışmaq. Planlarım bəyənildi. Dedilər ki, karyeramın daha uğurlu olması üçün kömək edəcəklər”.
Vüsal futbolçu karyerasında əməyi olan şəxslərdən bəhs etdi. Bundan başqa, ikinci dəfə legioner həyatı yaşamaq fürsətini maksimum dəyərləndirəcəyini dedi: “Bu günlərə gələnə qədər xoş sözlərlə yanaşı, tənqidlər də eşitdim. Düzdü, haqlı tənqidə həmişə açığam. Kimsə yaxşı niyyətlə səhvimi deyəndə, çatışmazlıqları aradan qaldırmaq üçün kömək edəndə, xoşuma gəlir. Məsələn, Albaniyaya gələndə bir çox yaxın dostumla sağollaşdım. Ailəm haqda çox danışmaq yersiz olar. Onların güvəninə, gələcəyim üçün nə qədər qayğılı olduqlarına şübhəm yoxdu. Təəssüf ki, “Sumqayıt”ın baş məşqçisi Samir Abasov və başqa məşqçilər ilə vidalaşa bilmədim. Onlarla əlaqə saxlayıb halallıq istəyəcəm. Bilirəm ki, mənə dəyər verən hər kəs bundan sonra da yanımda olacaq. Məsafələrin belə mövzularda əngəl olacağını düşünmürəm. Onu da deyim ki, Türkiyə klubu “Keçiörəngücü”də çıxış edərkən yersiz təzyiqlə üz-üzə qaldım. Çoxu bilib-bilmədən danışdı. Bəzi problemlər səbəbindən istədiyim oyunu göstərə bilmədim. Buna baxmayaraq, var gücümlə çalışdım. Qollar vurdum, hətta bəzi matçlarda komandamın taleyini həll etdim. Önəmli qələbələr qazandıq. Orda ehtiyat oyunçular sırasında əyləşib vaxt keçirsəydim, çoxları deyəcəkdi ki, Türkiyədə uzun müddət təcrübə qazanıb”.

Futbolçu Konfrans Liqası çərçivəsində Vazgen Sarkisyan adına Respublika stadionunda keçiriləcək “Ararat” — “Eqnatiya” matçında iştirakı ilə bağlı da danışdı: “Yaxınlarda nişan mərasimim keçirildi. Evlənmək istədiyimə görə futboldan kənarda qaldım. Məşq etməyə, özümü formada saxlamağa imkanım olmadı. Bu səbəbdən ilk həftələr nisbətən ağır keçəcək. Artıq məşqlərə qoşulmuşam. Həm komanda ilə, həm də fərdi şəkildə matçlara hazırlaşıram. Bilirsiz ki, “Eqnatiya” Konfrans Liqasına vəsiqə qazanıb. Bizi qarşıda ağır oyunlar gözləyir. İlk qarşılaşacağımız klub “Ararat”dı. Matç iyulun 13-də İrəvanda keçiriləcək. Rəhbərlik həmin qarşılaşmada oynamaq istəyib-istəmədiyimi soruşdu. Dedim ki, hə, niyə oynamayım? Ermənistana gedib orda yaxşı futbol sərgiləmək istəyirəm. Klub bəzi təhlükəsizlik tədbirləri ilə bağlı UEFA-ya müraciət edib. Müsbət cavab verilsə, ilk “11-lik”də meydana çıxacam”.
Vüsal karyerasının növbəti mərhələsində hər şeyin özündən asılı olduğunu bildirdi. Dəstəkçilərinə təşəkkür etməyi də unutmadı: “Ümumiyyətlə, məcbur olmadıqca start heyətindən kənarda qalmaq istəmirəm. Bunun üçün əlimdən gələni etməyə çalışacam. Bəziləri deyə bilər ki, transfer baş tutduğuna görə belə deyirəm, amma həqiqətən məmnun qaldım. İnşallah, hər şey daha yaxşı olacaq. Albaniyada məhz özümü yox, həm də Azərbaycanı təmsil etdiyimin fərqindəyəm. Çalışacam ki, karyeramın yüksəlişini təmin edim və mənə olan inamı doğruldum. Sonda indiyə qədər mənə dəstək olan, haqlı iradlarını bildirən, səhvlərimi düzəltməyə kömək edən, çətin zamanlarda motivasiya verən hər kəsə “çox sağ olun” deyirəm”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Dünya futbolu / Manşet

10-07-2023, 18:0

“Eqnatiya” tarixinin ən parlaq dönəmini yaşayır

Ölkə futbolu

5-07-2023, 16:0

Vüsal İsgəndərli rəsmən "Eqnatiya"da

Premyer-liqa

28-06-2022, 16:0

"Sumqayıt" Türkiyə klubundan ayrılan futbolçunu transfer etdi

Yığma / Manşet

1-07-2023, 16:0

Yığma üzvü legioner həyatı yaşayacaq - ÖZÜ AÇIQLADI

Yığma / Manşet

6-07-2023, 12:0

Milli komandanın futbolçusuna görə UEFA-ya müraciət olundu

Ölkə futbolu

17-04-2022, 16:0

Qoxa “Səbail”də qalmaq istəməyib - AÇIQLAMA

Aktual
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Son xəbərlər
  • Bu gün, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Bu gün, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Bu gün, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Bu gün, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Bu gün, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
Daha çox
Oxunub: 264
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 200
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 99
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 99
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə