"Sumqayıt" Türkiyə klubundan ayrılan futbolçunu transfer etdi

28.06.2022 16:11 490
Premyer-liqa
“Sumqayıt” heyyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub rəsmi "facebook" hesabında məlumat verib.

Belə ki, ötən mövsümü “Ankara Keçiörengücü” klubunda keçirmiş yarımmüdafiəçi Vüsal İsgəndərli ilə 2 illik müqavilə imzalanıb.

Vüsal İsgəndərli karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə”, “Şamaxı” və “Ankara Keçiörengücü” klublarının şərəfini qoruyub. O, “A” milli komandanın heyətində də 3 oyunda meydana çıxıb.

Qeyd edək ki, futbolçunun "Sumqayıt"a keçidi xəbərini ilk olaraq "Futbol+" qəzeti yaymışdı.