Milli komandanın futbolçusuna görə UEFA-ya müraciət olundu

6.07.2023 12:58 1 118
Yığma / Manşet
Yığmamızın üzvü Vüsal İsgəndərlinin transfer olunduğu “Eqnatia” Konfrans Liqasında çıxış edəcək. ALbanlar ilk mərhələdə Ermənistan “Ararat”ı ilə qarşılaşacaq. Matç iyulun 13-də Vazgen Sarkisyan adına Respublika stadionunda keçiriləcək.

Bilindiyi kimi, “Sumqayıt”ın sabiq futbolçusu “Eqnatia”ya əsas heyət oyunçusu kimi transfer olunub. Görəsən, futbolçu sözügedən oyunda iştirak edəcək? Bunu öyrənmək məqsədilə Vüsal İsgəndərli ilə əlaqə saxladıq. Onun “Football-plus.az”a dediklərinə keçid alaq:

“Rəhbərlik həmin matçda oynamaq istəyib-istəmədiyimi soruşdu. Dedim ki, hə, niyə oynamayım? Ermənistana gedib orda yaxşı futbol sərgiləmək istəyirəm. Klub bəzi təhlükəsizlik tədbirləri ilə bağlı UEFA-ya müraciət edib. Müsbət cavab verilsə, ilk “11-lik”də meydana çıxacam”.


KƏNAN BAHADIR