Bəxtiyar Həsənalızadə hansı kluba keçir? - ÖZÜ AÇIQLADI

6.07.2023 16:58 759
Aktual / Ölkə futbolu
"Sabah"da gözlənilməz ayrılıq gerçəkləşib. Komandanın əsas müdafiəçilərindən Bəxtiyar Həsənalızadə ilə müqavilə yenilənməyib.

Bəs yığma üzvü karyerasını harda davam etdirəcək? Ölkə xaricinə yollana bilərmi? Təklifləri varmı? "Football-plus.az" saytı olaraq bunu aydınlaşdırmaq üçün Bəxtiyara müraciət etdik:

"Təkliflər var. Komandaların adını açıqlamayacam. Legioner həyatı da yaşaya bilərəm. Amma hələ ki ümumi danışıqlar gedir. Fikrimcə, qarşıdakı həftələrdə yeni klubumun adına aydınlıq gələcək".


ABDULLA İSMAYILOĞLU