"Sabah" sonuncu oyununda da məğlub oldu

30.07.2022 21:51 519
Ölkə futbolu
Bu gün Bolqarıstanın Bansko şəhərindəki təlim-məşq toplanışı çərçivəsində "Sabah" 3-cü yoxlama matçını keçirib. Rəqib Kiprin "Nea Salamina"dı.

"Football-plus.az" xəbər verir ki, oyun "Sabah"ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Rəqibin qapısından qolu Bəxtiyar Həsənalızadə keçirib.

Bayquşlar matça aşağıdakı start heyətlə çıxıb:

Yusif İmanov, Bəxtiyar Həsənalızadə, Elvin Camalov, Boyan Letiç, Abdullaye Ba, Amin Seydiyev, Aleksey İsayev, Ceyhun Nuriyev, Coy-Lens Mikels, Namik Ələskərov, David Volkov

"Sabah"ın heyətində meydana sonradan çıxan futbolçular : Tellur Mütəllimov, Con İrasabal, Abdulla Xaybulayev, Camal Cəfərov, İldar Ələkbərov, Emmanuel Epah.

Xatırladaq ki, bu "Sabah"ın Bolqarıstanda 3-cü və sonuncu yoxlama matçı idi. Buna qədər Murad Musayevin yetirmələri keçirdiyi oyunlarda "Hapoel Hadera"ya 0:1, "Arktikas Xlorakas"a 2:3 hesabı ilə məğlub olmuşdu.

ABDULLA İSMAYILOĞLU