Bir neçə gün öncə "Səbail" Əfran İsmayılovla yolları ayırdı.
Təcrübəli futbolçunun karyerasını harda davam etdirəcəyi bəlli deyil. "Football-plus.az” saytı olaraq məsələyə aydınlıq gətirmək üçün 33 yaşlı yarımmüdafiəçi ilə əlaqə saxladıq:
"Səbail"dən ayrıldım. Klublarımızdan hələ ki ciddi təklif yoxdu. Artıq elə yaşımdı ki, nə legioner həyatı yaşamağa, nə də bölgə klublarında çıxış etməyə həvəsim var. Paytaxt klublarından dəvət gəlsə, yenə top qovacam. Yox, heç kimin marağında olmasam, karyeramı bitirib məşqçiliyə başlayacam. Hələ ki istirahətdəyəm. Karyeramla bağlı suala 10-15 günə aydınlıq gələcək".
ABDULLA İSMAYILOĞLU