Bu klub “Kür” otelində məskunlaşacaq - AÇIQLAMA

4.07.2023 13:51 926
Aktual / Əvəzedicilər
Yeni mövsümdə 1-ci liqa daha maraqlı və gərgin keçəcək. Komandaların sayının və maliyyə imkanlarının artması bunu deməyə əsas verir.

Ötən mövsüm heç də yaxşı çıxış etməyən "Mingəçevir"in hədəfi nədi? "Football-plus.az" saytı olaraq "işıqçılar"ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Ruslan Həmidovdan yenilikləri öyrəndik:

"Avqustun 1-də yığışacağıq. 10 gün seleksiya işləri aparacağıq. Sonra Mingəçevirdəki "Kür" otelində məskunlaşaraq təlim-məşq toplanışına start verəcəyik. 4 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Hazırda 10 oyunçu komandanı tərk edib. Əlimizin altında 10 futbolçu var. Daha 2 nəfər isə yerli gənclərdi, onları da cəlb edəcəyik. Futbolçu qıtlığı var.

Klubun maliyyə imkanı yüksək olmadığından istədiyimiz futbolçuları ala bilmirik. Ümumilikdə 6-7 futbolçu ilə danışıqlar gedir. Komandanı yenidən quracağıq. Çalışacağıq ki, 1-ci liqada layiqincə çıxış edək. Seleksiya işləri yekunlaşandan sonra hədəfləri müəyyənləşdirəcəyik".


ABDULLA İSMAYILOĞLU