MY-yə növbəti mövsümdə gərək olmadılar

3.07.2023 21:21
Dünya futbolu
“Mançester Yunayted”i iki futbolçu tərk edib.

“Football-plus.az” xəbər verir ki, İngiltərə klubu icarəyə götürdüyü futbolçuların komandadan ayrıldığını açıqlayıb. Onlar yarımmüdafiəçi Marsel Zabitser və hücumçu Vut Veqhorstdu. Zabitser məxsus olduğu “Bavariya”ya qayıdıb. Avstriyalı MY-də bu ilin fevralından çıxış edirdi. O, premyer-liqada 11 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Veqhorst isə müqavilə ilə məxsus olduğu “Bernli”yə qayıdıb. O, “Mançester Yunayted” ilə premyer-liqada 17 oyuna çıxıb və 1 qolun ötürməsini verib.