"Mançester Yunayted" "Bavariya"nın futbolçusunu icarəyə götürdü

1.02.2023 12:01 269
Dünya futbolu
“Mançester Yunayted” heyətinə yeni futbolçu qatıb.

Football-plus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, "qırmızı şeytanlar" "Bavariya"dan Avstriya yığmasının üzvü Marsel Zabitseri icarəyə götürüb. 28 yaşlı yarımmüdafiəçi ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Zabitser "Bavariya"ya 2021-ci ilin avqust ayında “Leyptsiq”dən 15 milyon avroya keçib. O, Münhen təmsilçisinin heyətində 54 oyunda 2 qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul