Vinisius Junior klubunun yeni təklifini qəbul edib.
“Football-plus.az” xəbər verir ki, “Cadena SER” radiostansiyasının yaydığı məlumatda braziliyalı futbolçunun “Real” ilə yeni müqaviləsinin müddətinin 5 illiyə nəzərdə tutulduğu bildirilib. Vinisius bu müddətdə “Qızıl top”u qazanacağı halda klubundan bonus alacaq. “Cadena SER” yeni müqavilədə onun satış qiymətinin 1 milyard avro müəyyən edildiyini də xəbər verib.