“Real” futbolçusu ilə razılaşdı

29.10.2022 19:33 441
Dünya futbolu
“Real”da Vinisius Juniorla bağlı məsələyə aydınlıq gəlib.

İspaniya klubu futbolçusu ilə yeni müqavilə mövzusunda razılıq əldə edib. “AS” qəzetinin məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi klubun müddəti 2027-ci ilədək nəzərdə tutulan yeni müqavilə təklifini qəbul edib. Yeni sözləşmənin tezliklə rəsmən açıqlanacağı gözlənilir.

Vinisius komandada 2018-ci ildən oynayır. Onun hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdi.