“Real” Eduardo Kamavinqa ilə müqaviləni tezliklə yeniləyəcək.
"Football-plus.az" xəbər verir ki, paytaxt klubunun saytının məlumatında yarımmüdafiəçi ilə 2021-ci ilin yayında bağlanan müqavilənin müddətinin uzun müddətə uzadılacağı bildirilib. 20 yaşlı futbolçunun məvacibi xeyli artacaq və müqavilədə təzminat məbləği 1 milyard avro göstəriləcək.
Eduardo “Real”a 2021-ci ildə “Renn”dən keçib. Madrid klubu futbolçuya görə 40 milyon avro ödəyib. Kamavinqa son mövsümdə İspaniya çempionatında 37 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.