Xatırladaq ki, Bahadur özünü yaxşı tərəfdən göstərməyi bacarsa, transfer öncəliyi “Səbail”də olacaq. O, hazırda müqavilə ilə “Şamaxı”ya məxsusdu. Bölgə təmsilçisi bu yaxınlarda onunla 3 illik müqavilə bağlayıb.
Görəsən, futbolçunun Bakı təmsilçisinə keçidinin klubunun 1-ci liqaya düşməsi ilə əlaqəsi var? Yarımmüdafiəçinin “Səbail”dəki hədəfləri nədi?
"Football-plus.az" xəbər verir ki, Həziyevlə əlaqə saxlayıb bu məqamlara aydınlıq gətirdik:
“Düzdü, “Şamaxı” ilə müqaviləm var. Lakin klubu premyer-liqadan düşdüyünə görə tərk etməli oldum. Ümid edirəm ki, gələn il ölkə çempionatının iştirakçılarından biri yenidən “Şamaxı” olar. Çünki o bölgənin həm ab-havası, həm də azarkeş dəstəyi çox yaxşı idi. Şamaxıda futbola hörmət və sevgi var. “Səbai”ə keçidimə gəlincə, burda daha yaxşı işlər görə bilərəm. Öz üzərimdə çalışıram ki, yeni komandama faydalı olum. Yenidən “Şamaxı”ya qayıdıb-qayıtmayacağımı isə zaman göstərəcək”.
KƏNAN BAHADIR





