"Şamaxı"dan növbəti transfer

14.01.2023 14:50 292
Premyer-liqa
"Şamaxı" növbəti transferini reallaşdırıb.

Football-plus.az xəbər verir ki, klub müdafiəçi Zahid Mərdanovla ilyarımlıq müqavilə imzalayıb. 23 yaşlı futbolçu daha öncə "Kəpəz"də çıxış edib.

Qeyd edək ki, "Şamaxı" daha öncə hücumçu Emil Qasımov, Emin Zamanovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə müqavilə yeniləyib.