"Səbail"dən növbəti transfer

22.06.2023 15:05 210
Ölkə futbolu
"Səbail" növbəti transferini həyata keçirib.

"Football-plus.az" xəbər verir ki, Bakı təmsilçisi yarımmüdafiəçi Bahadur Həziyevi transfer edib. Onunla 1 illik müqavilə imzalanıb.

B.Həziyev ötən mövsüm "Şamaxı"da oynayıb. Futbolçu 2020-2021-ci illər mövsümündə "Səbail-2" və "Səbail" komandalarında çıxış edib.

Xatırladaq ki, bu xəbər ilk dəfə bizim saytımızda dərc edilib.