İrvinq qalır: 3 ilə 126 milyon dollar!

1.07.2023 23:21 237
İdman
Dünyaca ünlü Kayri İrvinq “Dallas”da qalmaq qərarına gəlib.

“Football-plus.az” xəbər verir ki, 31 yaşlı oyun qurucusu 126 milyon dollar müqabilində klubla müqavilə müddətini daha üç il uzadıb. Onun 272 milyon dollarlıq 5 illik müqavilə imkanı da var idi.

Xatırladaq ki, “Dallas” son mövsümdə 11-ci yeri tutmaqla pley-offa vəsiqə qazana bilməmişdi.

İrvinq son mövsümdə keçirdiyi 20 oyunda orta hesabla 27 xal, ötürmə və 5 ribaund ilə yadda qalıb.