“Boston” və “Mayami” ilk mərhələni adladı

29.04.2022 18:33 552
İdman
Bəzi cütlərdə pley-offun ilk mərhələsi bitdi.

“Boston” seriyanın 4-cü oyununda da “Bruklin”i məğlub etdi. “Bruklin”in ulduzu Kevin Dürantın topladığı 39 xal işə yaramadı. Seriyanı 4:0 hesabı ilə bitirən “Boston”un ötən il elə ilk mərhələdə mübarizəni dayandırdığını da xatırladaq. “Seltiks”in növbəti mərhələdəki rəqibi “Miluoki” – “Çikaqo” seriyasının qalibi olacaq.

“Bruklin”in oyun qurucusu Kayri İrvinq uğursuzluğa rəğmən, komandadan getmək fikrində deyil:

“Heç yana getməyəcəm. Klubumuz motivasiyalıdı və qarşıdakı bir neçə il ərzində liqada ən yaxşılardan olmaq istəyir”.
[quote][/quote]
2019/20 mövsümündən “Bruklin”in şərəfini qoruyan İrvinq qarşıdakı mövsümdə də burda qala bilər. Belədə növbəti mövsüm üçün qazancı 36,5 milyon dollar olacaq.

İlk mərhələni uğurla adlayan növbəti komanda “Mayami”di. “Atlanta” ilə seriyanı 4:1 hesabiyla bitirən “Hit” növbəti mərhələdə “Filadelfiya 76” – “Toronto” cütünün qalibi ilə qarşılaşacaq.