"Turan Tovuz" növbəti transferini rellaşdırıb.
Football-plus.az xəbər verir ki, qərblilər Siyanda Xulunu heyətinə qatıb. 31 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanıb.
Peşəkar karyerasına “Mamelodi Sandaunz”da başlayan futbolçu vətənində “Kayzer Çifs”, “Maritzburq Yunayted”, Rusiyada isə “Rostov”un formasını geyinib. O, son olaraq İsrailin “Hapoel” (Tel Əviv) komandasının şərəfini qoruyub.
Siyanda Xulu Cənubi Afrika Respublikasının əsas millisində 16 oyuna çıxıb, 1 qol vurub.