Sabonis 4 ilə 120 milyon qazanacaq?

30.06.2023 16:57 211
Dünya futbolu
“Sakramento”nun mərkəz oyunçusu Domantas Sabonis klubla yeni – 4 iilik müqavilə imzalaya bilər.

“Football-plus.az” insayder Ceyk Fişerə istinadla xəbər verir ki, 27 yaşlı litvalının illik əməkhaqqı 39 milyon dollar təşkil edəcək.

Ulduz basketbolçunun qüvvədə olan 75 milyon dollarlıq, 4 illik müqaviləsinin müddəti 2023/24 mövsümünün sonunda bitəcək. Onun qarşıdakı mövsüm üçün maaşı 19,4 milyon olacaq.

Domantasın 2022/23 mövsümündə meydana çıxdığı 79 oyundakı ortalama göstəriciləri 19,1 xal, 12,3 ribaund və 7,3 məhsuldar ötürmədi. Sabonis son mövsümün 3-cü rəmzi yığmasına salınıb, eləcə də Ulduzların oyununa çağrılıb.